Reklam verin!


OrxanAvqust 19, 2007 12:31
Necə ki, Allah-təalaya müəyyən olan mübarək günlərdə, mələklərin olduğu yerlərdə və gözəl vaxtlarda dua etmək bəyənilir, eləcə də, elə zaman, yer və hallar vardır ki, həmin anlarda Şeytanın və onun hiyləsinin, hər bir zərərvericinin, yaxud da baş verən pis hadisənin şərindən Allaha sığınaraq, Ona pənah aparmaq da bəyənilən işlərdəndir. Həmin anlardan bir neçəsini qeyd etmək yerinə düşərdi: Davamı...
OrxanAvqust 19, 2007 11:30
Ey insanlar!..Yerüzündə; Rəsulullah sallallahu aleyhi va səlləm kimi, Onun kimi insanların zülmetmək üzrə ona qarşı birləşdiyi bir bəşər daha görülmədi, görülməyəcək..Cəmiyyətin hər hissəsindən hücumlara və söyüşlərə məruz qaldı. Dövrün şairləri Onu hicv etdi və qövmünün irəli gələnləri Onunla lağlağa etdi. Ağılsız insanlar Ona əziyyət verdi və sehirbazlar Ona sehir etdi. Nəhayət Allah Sübhənahunun, Nəbisi sallallahu aleyhi va səlləmə Məkkənin fəthini nəsib etdiyi gün gəldi. Rəsulullah sallallahu aleyhi va səlləm Beytullaha girib onu tavaf etdikdən sonra Məscidi Haramda oturdu. İnsanlar da ətrafında oturmuşlardı. Bütün gözlər Ona çevrilmişdi. Onun düşmənlərinə nə edəcəyini gözləyirdilər. Və Rəsulullah sallallahu aleyhi va səlləm o məşhur sözünü söylədi: «Ey Qureyş camaatı! Sizə nə edəcəyimi düşünürsünüz?» «Yaxşılıq;» dedilər. «Qiymətli bir qardaşsan və qiymətli bir qardaşın oğlusan.» «Şübhəsiz mən də sizlərə, Yusifin qardaşlarına söylədiyini söyləyirəm: Bu gün sizi danlamaq yox! Gedin sizlər sərbəstsiniz.» Davamı...
OrxanAvqust 18, 2007 21:33
Həqiqətdə Peyğəmbərlərdən başqa bütün insanların nöqsanları var. Yaxşı kişi özünün nöqsanlarını görüb, onlarla mübarizə aparar. Ən yaxşı cəhət isə insanlarda nöqsan axtarmayıb, öz nöqsanlarını tapıb onları islah etməkdir. Davamı...
OrxanAvqust 18, 2007 16:20
İlahi feyz və bərəkətin yer üzünü bürüdüyü bu mübarək ay, möminlər üçün karlı və qazanclı fürsətdir. Davamı...
OrxanAvqust 18, 2007 10:50
İslam dini əxlaq məsələsinə mühüm yer ayırır, insan davranışını və onun başqaları ilə münasibətini tənzim edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mən əxlaq fəzilətini tamamlamaq üçün göndərildim”. Davamı...
  Yazılar cəmi: 20    Sonrakı səhifə »
© 2007 BLOGUN REHBERİ - ORXAN.M - azeri.azeriBlog.comORXAN.M.B@box.az